• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 01.10.2016 15:02

Şəmkirdə güləş üzrə dünya birinciliyinin qalibiylə görüş olub

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmələr arasında güləş üzrə dünya birinciliyinin yunan-Roma yarışlarında qızıl medal qazanan Şəmkir güləşçisi Fail İsgəndərovla Rayon Gənclər və İdman İdarəsində görüş keçirilib. Görüşdə çıxış edənlər güləşçini təbrik edərək uğurlarının davamlı olmasını arzulayıblar. Şəmkirdə idmanın güləş növünə olan maraqdan danışan natiqlər əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Tədbirin sonunda qalib idmançıya rayon icra hakimiyyətinin qiymətli xatirə hədiyyəsi təqdim olunub. Fail İsgəndərov 78 ölkənin pəhləvanlarının mübarizə apardığı yarışda 46 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək dünya birinciliyinin baş mükafatına yiyələnib.

 Fail İsgəndərov- dünya birinciliyinin qalibi: "Mənim ilk görüşüm Hindinstan idmançısına qarşı oldu. Ona qalib gəldikdən sonra Meksikalı güləşçi ilə qarşılaşdım. Yarımfinalda isə İran idmançısı oldu ki, bundan əvvəl ona məğlub olmuşdum. Ancaq bu dəfə qalib gələrək finala çıxdım. Finalda isə Özbəkistan güləşçisini məğlub edərək birinci oldum".

Natiq Hüseyn