• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1192
— 14.06.2024 19:01

Yol qəzasında 4 nəfər xəsarət alıb

KepezTV Player

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunda qeydə alınıb. "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər - 1986-cı il təvəllüdlü Səbuhi Eminli, 2008-ci il təvəllüdlü Rəsul Alişanov, 2010-cu il təvəllüdlü Huseyn Alişanov və 2011-ci il təvəllüdlü Eltac Alişanov xəsarət alıblar. Yaralılar öncə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Daha sonra isə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gətiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

Aişə Rzayeva