• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 04.09.2024 18:22

Bank kartlarından oğurluq edilib

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən bank kartlarından oğurluq edilməsinə qarşı müvafiq tədbirlər həyata keçirilib. Tədbirlər maarifləndirici və əməliyyat xarakterli olub. Nəticədə vətəndaşlardan bir neçəsinə dəymiş maddi ziyan ödənilib. Müəyyən olunub ki, naməlum şəxs və ya şəxslər banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotoreyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər.

Bundan başqa, polis əməkdaşları taksi sürücülərinə qarşı törədilən onlayn dələduzluq faktının da üstünü açıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, Bakı şəhər sakinləri Əli Dadaşov və Fuad Şirəliyev ayrı-ayrı vaxtlarda Bakı şəhərindən Gəncədəki taksi şirkətlərinə zəng edərək taksi sifariş verib və daha sonra təyin olunan taksi sürücüləri ilə telefon ilə əlaqə saxlayaraq onları şəhərin müxtəlif yerlərinə yönləndirib. Daha sonra isə sürücülərə zəng edərək onlardan getdikləri yerdə müxtəlif məbləğlərdə pul ödənişi etmələrini xahiş edib və bunun üçün onlara müxtəlif bank hesabı nömrələri göndəriblər. İşi yekunlaşdırandan sonra isə sifariş sona çatanda ödədikləri məbləği və yol pulunu onlara qaytaracağını vəd ediblər. Lakin, sürücülər tərəfindən bank hesablarına pul ödəndikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

Azad Mustafayev