KepezTV Player
Dünən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan 22 şəhər və rayonda təşkil olunub. Prosesdə 48 978 abituriyentin iştirakı nəzərdə tutulurdu. 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Qəbul imtahanında istifadə olunmuş tapşırıqların doğru cavabları bu gün açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bu gündən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq. Açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Azad Mustafayev
- Baxış: 165