Şəhər İcra Hakimiyyətini başçısı Elmar Vəliyev son günlərdə adıçəkilən qəsəbədə aparılan abadlıq quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Gəncə şəhərini Su-kanalizasiya xəttlərini yenilənməsinin ilk başa çatdığı ərazi Gülüstan qəsəbəsi olduğundan küçələrin asfaltlanması həyata keçirilir. Bu məqsədlə Aydın Nəbiyev küçəsində işlər tam yekunlaşdırılaraq əhalinin istifadəsinə verilib. Yeni yol gecə işıqlandırma və müasir dayanacaqlarla təmin olunub. Görüş zamanı sakinləri narahat edən məsələlər dinlənilib və həll olunması üçün tapşırıqlar verilib.
Elmar Vəliyev – Gəncə şəhər İcra Hakimiyyətini başçısı: “ Bundan sonra Gülüstan qəsəbəsində əhalinin sıx yaşadığı binaların ətrafınında asfaltlanması, həmçinin 14 nömrəli məktəbin yolu asfaltlanacaqdır. Bu ilin payızına qədər bu qəsəbənin 30 küçəsinin abadlaşdırılması nəzərdə tutulur.
- Baxış: 2335