Prezident İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlqoyma mərasimində iştirak edib. Ümumi sahəsi 362 hektar təşkil edən kənd rayonun ən iri yaşayış məntəqələrindən biridir. Birinci mərhələdə buraya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək.
Bu gün Karxulu kəndinin də təməli qoyulub. İlkin mərhələdə layihələndirilən ərazinin sahəsi 125 hektardır. Burada 691 sakin üçün 145 evin inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev həmçinin Sarıcallı kəndinin təməlini qoyub. Birinci mərhələdə Sarıcallıda 104 hektar sahədə 1016 sakinin köçürülməsi üçün 242 fərdi ev tikiləcək.
Təməli qoyulan Maşanlı kəndində isə 50 hektarda 944 sakin üçün 236 ev ucalacaq. 2040-cı ilədəksə 590 belə tikilinin layihələndirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər. Dövlət başçısı Zəngilanın Mincivan qəsəbəsinin təməlini də qoyub. Bu gün həmçinin “AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib. Bundan başqa, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər. Prezident Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini də qoyub.
Vüsalə Cənnətova
- Baxış: 255