• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1775
— 15.05.2024 19:52

Prezident İlham Əliyev Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət ünvanlayıb

KepezTV Player

Fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda heç vaxt etnik-dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır.