KepezTV Player
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. “Heydər Əliyev- Dəyərlərimizin xilaskarı” mövzusunda reallaşan yığıncaqda ulu öndərin milli-mənəvi dəyərlərin qorunması, milli şüurun inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından önəmli xidmətlərinin olduğu bildirilib. Eyni zamanda diqqətə çatdırılıb ki, Heydər Əliyevin hakimiyyəti illərində bir sıra dini abidələr bərpa edilərək yenidən istifadəyə verilib. Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gətirilən sənədli film nümayiş etdirilib.
Aişə Rzayeva
- Baxış: 351