• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1898
— 03.05.2024 18:12

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

KepezTV Player

Polşanın bütün Cənubi Qafqazı əhatə edən regional əməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətinin formalaşmasına xidmət edən mövqeyini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev konstitusiya günü münasibətilə Prezident Andjey Dudaya ünvanladığı təbrik məktubunda Polşanın Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarı olduğuna da diqqət çəkib. Dövlət başçısı Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu bildirib. Əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi naminə birgə səylərin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edib.