Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə "GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsi keçirilib. Təhsilin İnkişafı Fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstək verdiyi tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub. Açılış mərasimində çıxış edənlər müsabiqənin bölgədə bir ilk olduğunu, tələbələrin elmi-innovativ təşəbbüslərinin reallaşmasına, eləcə də təşviqinə şərait yaradıldığını bildiriblər. Yarışa təqdim olunan layihədən ibarət stendlərlə tanışlıq keçirilib. Müsabiqəyə ölkənin 17 universitetinin 200 tələbəsi qatılıb. Onlar 60-dan çox komanda şəklində 5 kateqoriya üzrə mübarizə aparıb. Robototexnika, Mexatronika, Enerji sistemləri mühəndisliyi, İnsanlıq naminə texnologiyalar, Davamlılıq üçün suni intellekt olmaqla hər kateqoriya üzrə 3 qalib yer müəyyənləşib.
Aişə Rzayeva
- Baxış: 237