• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 16.01.2018 16:05

Uşaqların smartfonla sərbəst davranması

KepezTV Player

Smartfon və körpə uşaqlar. Bəzi valideynlər uşaqlarının smartfonla yaxşı davranması, smartfonda müəyyən funksiyaları özü sərbəst şəkildə yerinə yetirməsini onun inkişafı kimi, müsbət hal kimi qiymətləndirirlər. Bu əslində körpə uşağın intellektual inkişafının göstəricisidir. Amma əslində mütəxəssislər bu barədə nə deyirlər ? Smartfonla davranış həqiqətən də uşaqların intellektual inkişafının göstəricisi hesab edilə bilərmi?

Bunlar uşaqlar üçün oyuncaqlardır. Bu oyuncaqlar yalnız uşağın başını qatmır. Onlar həm də uşağın beyninin inkişafına kömək edir. Amma indi başqa bir oyuncaq da peyda olub. İndi əksər valideynlər uşaqlarına oynamaq üçün öz smartfonlarını verirlər. Bəzən fəxrlə də deyirlər ki, uşaq smartfondan elə yaxşı baş çıxarır ki... Bu nə dərəcədə düzgündür? Uşağın smartfonla sərbəst davranışı həqiqətənmi onun intellektinin inkişafının göstəricisidir? Bu gün smartfonların, planşetlərin uşaqlara təsirini araşdırırıq.

Taciyə Mehdisoy psixoloq: Ümumilikdə böyüklər üçün ziyanlı olan bir şey uşaqların istifadə etməsi ümümiyyətlə ziyanlı hesab olunur. Əvvəlcə baxmalıyıq, valideynlər uşaqlara oynamaq üçünmü verirlər yoxsa öz işlərini rahatlatmaq üçün. Psixi narahatlığı olan uşaqlar belə telefondan, planşetdən çox rahatlıqla istifadə edə bilərlər. Yəni valideynlər bəzən uşaqlarında psixoloji narahatlığın olduğunu belə özləri vurğulamırlar. Sual verəndə ki, yəni niyə düşünmürsüz bu uşaqda konkret problem yoxdur? Deyirlər ki, çünki, telefonun dilini, smartfonun dilini məndən daha yaxşı bilir. Amma bu hələ intellektin yüksək inkişaf etməsi hesab olunmur.

Taciyə Mehdisoy psixoloq: Heç bir düzgün tərəfi yoxdur bunun. Ona görə ki, yenə deyirəm, vurğulayıram ki, həm əqli baxımdan, həm fizioloji baxımdan çox ziyanlıdır. Həm şüası mənfi təsir edir, həm də ki, diqqətini bir nöqtəyə yönəldir. İnsanlardan uzaqlaşır, ünsiyyəti məhdüdlaşır və real oyunlardan uzaqlaşdığı üçün yaxşı hal hesab olunmur.

Bəli, hər yaş dövrünün öz xüsusiyyətləri, öz tələbləri var. Uşaqlar tədricən inkişaf etməlidirlər. Onların məşğuliyyətləri, oyunları da sadədən mürəkkəbə doğru tədricən dəyişməlidir. Kompüter, planşet, smartfonlardan onsuz da qaçmaq mümkün olmayacaq. Bütün uşaqlar böyüdükcə bu texnologiyalar onların da həyatının ayrılmaz hissəsinə çevriləcək. Amma balaca ikən qoy onların oyuncaqları -  oyuncaqlar olsun.