• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 11.10.2017 22:03

Şəmkir sakini dava-dalaş zamanı döyülüb

KepezTV Player

Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Seyfəli kəndində baş verib. Kənd sakini 35 yaşlı Ruslan Abbasov döyülmə diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır. Yaxınlarının deməsinə görə, Ruslan Abbasova dava etdiyi əmisioğlu Qəmbər Abbasov xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. 

Elnur Vahidoğlu