• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1874
— 29.04.2024 19:52

Bu il daha 4 SES istismara veriləcək

Bu il Kəlbəcərdə daha 4 su elektrik stansiyası istismara veriləcək. Məqsəd yaşıl enerjiyə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənat edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsal olunmasıdır. "AzərEnerji"nin məlumatına görə, istismara verilməsi planlaşdırılan su elektrik stansiyaları "Zar", "Nadirxanlı",  "Aşağı Vəng" və "Yuxarı Vəng"dir. Kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması üçün rəsmi qaydada Qətərdə yerləşən "Qlobal Karbon Şurası" təşkilatına müraciət olunub. Stansiyaların qeydiyyatı proseduru üzrə növbəti mərhələyə keçidə müsbət rəy verilib. Bu təşəbbüs ardıcıllıqla digər su elektrik stansiyalarını da əhatə edəcək.