• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2232
— 23.06.2021 12:13

13 nəfərlik erməni terrorçu dəstənin məhkəməsi başladı

KepezTV Player

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət daha bir terrorçu silahlı birləşmənin 13 üzvünün cinayət işi üzrə məhkəmə prosesi davam edib. Dəstənin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilən anti-terror əməliyyatı nəticəsində tərksilah ediliblər. Cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə  Hadrut yaxınlığında meşəlik və digər ərazilərdə döyüş mövqeləri tutaraq terror əməlləri törədiblər. Məhkəmə baxışı iyulun 1-ə təyin edilib.