• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 29.04.2024 19:27

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizin fəallaşacağına ümidvar olduğunu vurğulayıb. Prezident İlham Əliyev Malayziyanın beynəlxalq aləmdə Azərbaycana göstərdiyi dəstəyə toxunaraq həm torpaqlarımızın işğalı zamanı, həm də tarixi nailiyyətimiz olan ərazilərimizin işğaldan azad olunmasından, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra Malayziyanın ölkəmizə daim dəstək göstərməsini yüksək qiymətləndirib. Azərbaycan Prezidenti torpaqlarımızın ermənilər tərəfindən işğalı dövründə həmin ərazilərimizdə məhv edilmiş dini-tarixi abidələrimiz barədə məlumat verib.