• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 16.04.2024 19:14

"Cücələrim"lə xalqını və özünü tanıtdıran Qəmbər Hüseynli

KepezTV Player

Hər bir uşaq ilk dəfə əlini fortepianonun klaviaturasına qoyarkən bir barmağı ilə basdığı klavişlər do-do-re-mi-re-do-dur. Bəli, körpələrimiz dil açanda və hətta böyüyəndə də ən sevimli mahnılarından birisi Gəncəli bəstəkar Qəmbər Hüseynlinin "Cücələrim" mahnısıdır. Bu gün dünyanın bir çox ölkələrində 1000-lərlə uşaqların ifasında səslənən, 100-dən çox dilə tərcümə olunan "Cücələrim"in yaradıcısının doğum günüdür. Gəncədə, bəstəkarın məzarüstü abidəsi önündə reallaşan tədbirdə bir əsəri ilə xalqını da, özünü də Vətəndən uzaqlarda tanıtdıran Qəmbər Hüseynlinin bəstəkarlıq sənətindən söz açılıb. O, respublikamızda uşaq mahnıları yazan ilk bəstəkarlardan birisi olub. Qısa ömür sürsə də, 45 il ərzində musiqimizdə mühüm iz qoyduğu vurğulanıb. Bəstəkarın yaradıcılığında xalq musiqisinin təsiri aydın hiss olunur, yaradıcılığında aparıcı yeri məhz mahnı janrı təşkil edir. Bəstəkar 300-ə yaxın mahnının müəllifidir. Azərbaycannın Əməkdar İncəsənət Xadimi adına layiq görülmüş, “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

Fərid Mehdiyev