Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, Laçın ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən saxta xəbərlər yayımlanır. Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib ki, Azərbaycan vətəndaşları – 1977-ci il təvəllüdlü Rəşad Əliyev və 1973-cü il təvəllüdlü Pərviz Məlikovun belə məlumatları yaymalarının qarşısı alınıb. Barələrində zəruri hüquqi tədbirlər görülüb. Vətəndaşlar əsassız informasiyalara inanmamağa çağırılıb.
- Baxış: 81