• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 02.09.2020 20:04

Şəmkirin küçələri abadlaşdırılır

KepezTV Player

Qədimilik və müasirliyin vəhdəti Şəmkirdə tikinti-quruculuq, abadlıq işləri davam etdirilir. Yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyəti artırılır.

Şəmkir şəhərinin Səməd Vurğun, Həzi Aslanov və Mirzə Ələkbər Sabir küçələri müasir memarlıq tələblərinə uyğun yenidən qurulur. Bundan əlavə, daha 5 küçədə piyadaların rahat hərəkətini təmin etmək üçün səkilər təmir olunur.

Pərviz İbrahimov - Şəmkir şəhər icra nümayəndəsi: “Tofiq İsmayılov, İsmət Qayıbov, Məmməd Əsədov, Mirzə Fətəli Axundov və Həsən Əliyev küçələrində asfalt örtüyü yenilənir”.

Şəmkir şəhərinin kanalizasiya sistemi üzrə yarımçıq qalan işlər də tamamlanıb. Hazırda digər kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.

Firuddin Quliyev – sakin: “Piyada keçidlərimiz düzəlir, yeni ağaclar əkilir, yollarımız düzəlir. Buna kim sevinməz ki? Torpaq içərisində hamımız itib batırdıq”.

Səməd Sultan – sakin: “İllərdən bu yana bu günü demək olar ki, səbirsizliklə gözləyirdik. İnanırdıq nə vaxtsa olacaq. Bundan əvvəl maşınımız çox tez-tez xarab olurdu. Vaxt itkisi çox olurdu. İndi isə görülən abadlıq işləri çox sevindirici haldır”.

Abadlıq-quruculuq işləri ilə tanış olan rayon rəhbərliyi vətəndaşların təklif və tövsiyələrini də dinləyib. Sakinlər əsasən küçələrdə mövcud olan yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsini, eləcə də mövcud qaz xətlərinin nizamlı çəkilişini məqsədəmüvafiq hesab ediblər. Sadalanan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Natiq Hüseyn