• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 05.04.2024 19:23

Təhsil müəssisəsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

Daşkəsənin Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.