Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar. Bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib. Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 256