![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/salyn_1.jpg?itok=sozBAR9J)
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Zayıdov saxlanılıb. Onun üzərindən 2 kiloqram 500 qram heroin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, Həşim Zayıdov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
- Baxış: 266