Şəmkirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının 9-cu konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsini ziyarət ediblər. Partiya fəallarının iştirakı ilə keçirilən tədbir YAP-ın yaranmasından bu günə qədərki dövrü əks etdirən filmin nümayişi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlardan danışan natiqlər bunun Şəmkir rayonunun sosial, iqtisadi və mədəni həyatında özünü birüzə verdiyinə diqqət çəkiblər. Rayonda ilk partiya təşkilatının 24 il bundan öncə təsis edildiyi, hazırda 11 min 754 Şəmkir sakininin 122 ərazi ilk partiya təşkilatında birləşdiyi vurğulanıb. Onlardan da 5634-ü qadın, 3895-i isə gəncdir. Hesabat dövründə partiya sıralarına 3 minə yaxın yeni üzv qəbul olunub. Konfransda partiyanın Şəmkir rayon təşkilatının yeni tərkibi müəyyənləşdirilib. Səs çoxluğu ilə Fəxrəddin Vəliyev Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri seçilib.
Natiq Hüseyn
- Baxış: 610