• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 19.03.2024 15:32

Görmə üzrə əlilliyi olan uşaqlar üçün Novruz şənliyi

KepezTV Player

Görmə üzrə əlilliyi olan uşaqlar üçün Novruz şənliyi

Sosial Xidmətlər Agentliyinin və Gözdən Əlillər Cəmiyyətinin dəstəyi ilə Gəncədə Novruz bayramı ilə əlaqədar şənlik təşkil edib. 18 yaşınadək əlilliyi olanlar üçün bayram tədbiri "Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək" İctimai Birliyi tərəfindən keçirilib. Gəncə, Samux, Tovuz, Göygöl, Daşkəsən, Goranboy, Yevlax və Ucarda yaşayan görmə məhdudiyyətli uşaq və yeniyetmələrin iştirak etdiyi şənlikdə müxtəlif oyun və şou proqramlar təşkil edilib. Novruz bayramına xas şirniyyat və fastfudlardan ibarət bayram süfrəsi açılıb, hədiyyələr təqdim edilib. Novruz şənliyində 100-dən çox uşaq və onları müşayiət edən şəxslər iştirak edib.

Reyhan Cəfərova- "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədr müavini: “Bizim tədbirimizdə Gəncə, Samux, Daşkəsən rayonlarında 18 yaşadək görmə əlilliyi olan uşaqlar iştirak edirlər və tədbirimizin mahiyyəti də odur ki, Novruz ənənələrini əlilliyi olan uşaqlara çatdırmaq, onlar üçün şənlik təşkil etmək, sevindirmək. Bugünkü təbirimizdə uşaqlar üçün bir-birindən maraqlı şou proqramlar, musiqi proqramları, onlar üçün müxtəlif formatlı hədiyyələr gətirmişik”.