• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 18.03.2024 10:13

Maraqlıdır

Amerika Astronomiya cəmiyyətinin iclasında alimlər qrupu maraqlı bir hipotezin yeni sübutlarını təqdim ediblər. Belə ki, Saturn və Yupiterdə almaz yağışları yağa bilər. Dünyanın hər yerində alimlər artıq xeyli vaxtdır ki, bu hipotezin sübutlarını axtarırdılar. Buna əsasən, həmin nəhəng planetlərdə yüksək təzyiq səthə düşən yağış formasında karbonu almaza çevirə bilər. Saturn və Yupiterdə atmosferin  yuxarı qatlarında ildırım metan malekullarından karbon atomlarını ayırır. Bu atomlar biri-biri ilə birləşərək iri kömür hissəcikləri yaradır. Bu hissəciklər atmosferin qalın qatlarından aşağı hərəkət edərək böyük təzyiqə və temperatura məruz qalır. Bu proses zamanı hissəciklər əvvəl qrafit, daha sonra isə bərk almaz vəziyyətinə qədər sıxılır. Temperatur 8000 dərəcəyə  çatana qədər almaz əriməyə başlayır və maye almaz halında səthə düşməyə başlayır. Alimlərin sözlərinə görə, belə olan halda planetdə 10 milyon tona yaxın almaz yığıla bilər. Bununla yanaşı bəzi alimlər bu hipotezə şübhə ilə yanaşır.

Yukison təxəllüsü ilə işləyən, yapon fotoqrafı Ken Oki Toyama, maraqlı foto çəkmək üçün gəzərkən, qəflətən qorxulu mənzərə ilə qarşılaşır. Bu mənzərə,  Fureai Sekibutsu no Sato kəndi ətrafında yerləşdirilmiş insan heykəlləri toplusu olub. Bu ad "tapacağınız kənd" mənasını verir. Orada heç bir yaşayış yoxdur, yalnız buddist heykəlləri var. “Mənə elə gəldi ki, təsadüfən hansısa qadağan olunmuş ərazini tapmışam. Bu, həqiqətən inanılmazdır", -deyə Ken öz sosial şəbəkə hesabında bildirib. Buddist tanrılarının 800 müxtəlif heykəlindən ibarət parkı, Mutsuo Furukava yaradıb. Onun məqsədi parkı insanların istirahət etmək üçün gəldiyi məşhur, turistik məkana çevirmək idi. Əlbəttə ki, bu gözəl fikirdir, lakin zaman keçdikcə heykəllər rahatlaşdırıcı xüsusiyyətlərini itirib və daha çox narahatedici hisslər doğurmağa başlayıb. Və zamanla yaşanmaz yerə çevrilib. Indi bu kənddə sadəcə heykəllər yaşayır.

Tam kəşf edilməmiş ərazilərdən biri də, Vanuatu tropik cənnətdir. Və bu yerin hələ də kütləvi turizminə nisbətən toxunulmamış qalır. Təmiz çimərlikləri, rütubətli meşələri və bol vəhşi təbiəti var. Bu ada ölkəsinin heyrətamiz Yasur vulkanından tutmuş Rentapao çayının kristal təmiz sularına qədər təklif edə biləcəyi çox şey var. Bəs, Ngunnaual xalqı haqqında eşitmisiniz? Onlar Vanuatunun yerli xalqıdır və onların mədəniyyəti hələ də yaşayır və inkişaf edir. Bu xalq öz ənənələrini və adətlərini ziyarətçilərlə bölüşməkdən həzz alır. Hətta siz bura səyahət etsəniz, buranın ənənəvi bir mərasimdə iştirak edə də bilərsiniz.

Lalə Sadıqova

 

 

ƏTRAFLI...