KepezTV Player
Heydər Əliyev Fondunun və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Samuxda qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında həkimlər tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb. TƏBİB-in həkim briqadası tərəfindən aparılan tibbi müayinədən sonra könüllülərdən qan götürülüb. Aksiyada ictimaiyyət nümayəndələri, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də gənclər iştirak ediblər. Yığılan qan ehtiyatı təkrar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Samux rayonunda anoloji aksiyalar ənənəvi olaraq təşkil olunur.
Aişə Rzayeva
- Baxış: 159