UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib. İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində, həmçinin yarımfinal və finalın potensial rəqibləri bəlli olub. Püşkə əsasən, 1/4 finalda “Arsenal” - “Bavariya”, “Atletiko” - “Borussiya” Dortmund, “Real” Madrid - “Mançester Siti” və PSJ - “Barselona” cütləri formalaşıb. 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də oynanılacaq.
UEFA Avropa Liqasında da 1/4 final mərhələsinin finalın püşkü atılıb. Bu raundda İtaliya dueli olacaq. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olub. Almaniya təmsilçisi “Vest Hem” ilə qarşılaşacaq. Digər cütlərdə “Liverpul” – “Atalanta” və “Benfika” - “Marsel” klubları üz-üzə gələcək.
- Baxış: 240