• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 957
— 15.03.2024 12:09

Azad olunan ərazilərə 5 min 171 ailənin köçürülməsi planlaşdırılır

Bu ilin sonunadək azad olunan ərazilərə 5 min 171 ailənin köçürülməsi planlaşdırılır. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib. Baş nazir xatırladıb ki, keçən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1 186 ailə - 4691 nəfər keçmiş məcburi köçkün köçürülüb.Əli Əsədov qeyd edib ki, 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 20 min nəfərdən çox əhalinin köçürülməsi hədəflənib. Bundan başqa, əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin - 140 min nəfərin doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.