Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti mədəni sahədə də ifrat dərəcəyə yüksəlib. Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlıq bunun əyani sübutudur. Ermənipərəstliyini hər formada ifadə edənlərin bu yola da əl atması yazıçılar, şairlər, ictimaiyyət nümayəndələri tərəfindən qətiyyətlə pislənilir.
Xurşidbanu Natəvan on doqquzuncu əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, şairəsi olub. Onun yazdığı şerlər, qəzəllər ədəbiyyatımızda sevilə-sevilə oxunur. Natəvan tək Azərbaycan ədəbiyyatında yox, dünya ədəbiyyatında da özünə yer almış və özünü sübut etmiş bir şairə, yazıçı olubdur. Onun yaradıcılığına Fransanın görkəmli yazıçısı Alaksandr Düma da hörmətlə yanaşıb, indiki həmvətənlərindən fərqli olaraq. Fransada şairənin heykəlinə qarşı edilən vandalizm elə dünya ədəbiyyatına qarşı hörmətsizlikdir.
Xəzangül Hüseynova- AYB-nin Gəncə bölməsinin sədri: “Əslində onlar özlərinin böyük yazıçısı Aleksandr Dümanın ruhuna hörmətsizlik edirlər. Çünki Aleksandr Düma Natəvan haqqında o qədər dəyərli fikirlər söyləmişdi ki, hətta deyilənə görə, Natəvan Aleksandr Dümanı şahmatda məğlub etmişdi. Aleksandr Düma Rusiyada bir çox yerlərdə səfərdə olmuşdu və Azərbaycan onu daha çox cəlb etmişdi. Alaksandr Dümanın ruhu da bunu heç vaxt qəbul etməz”.
Fransada dünya mədəni irsinin qorunmasına cavabdeh olan UNESCO-nun mənzil qərargahı yerləşir. Amma heyfslənirik ki, bu qurum elə Qarabağ işğalı dövründə olduğu kimi susqunluğunu davam etdirir.
Faiq İsmayılov- AMEA Tarix İnstitutunun əməkdaşı: “Onun “Gül dəftəri” - illüstrasiyalı şerlər albomunun 2023-cü ildə UNESKO-nun Dünya Yaddaşı Reysterinə daxil edilməsi şairənin bəşəri ideyaların daşıyıcısı olduğunu sübut edir. Lakin buna baxmayaraq, şairənin abidəsinin Fransa tərəfindən insanlığa sığmayan rəftara məruz qalması sadəcə vandalizm aktıdır. Bu vandalizm aktının törədilməsinə isə Fransa dövləti birbaşa cavabdehlik daşıyır”.
Böyük bir bəy nəslinin nümayəndəsi olması, eləcə də adı dünyaca tanınmışlar sırasında çəkilən Natəvanın abidəsinin ermənilərin kompakt yaşadığı Fransada ucadılması görünür sinirilən deyil. Siyasi, hərbi meydanda əzilənlərin sinirlərini heykələ qarşı nümayiş etdirməsi, özü də bir qadının abidəsinə qarşı vandallıq riyakarlıq, zəiflik nümunəsidir.
Zahir Şirani- AYB-nın üzvü: “Abidənin sökülməsi, təhqir olunması Azərbaycan sözünün silinməsi, Qarabağ şahzadəsi kimi qeyd edilməsi ermənilərə ağır gəlirdi. Bu bizim tariximizi göstərir ki, on səkkizinci əsrdə azərbaycanlılar var idi və yaşayırdı. Bəylik var idi və onun bir nümayəndəsi də burada idi. Onlar istəyirdi ki, bu adı tarixdən silsinlər. Bu abidəni təhqir elədilər. Bu, Azərbaycana qarşı törədilən vandal hərəkətdir”.
Bu hadisə həm də 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra Fransanın Azərbaycana qarşı münasibətinin kəskinləşdiyini əyani nümayiş etdirdi. Fransanın Azərbaycanın Qarabağda qazandığı tarixi zəfəri həzm edə bilməməsinin təzahürüdür. Ancaq fərq ondadır ki, Azərbaycan hərb meydanında can verərək qalib gəlib, özü də gücünü qadın heykəlinə göstərənlər üzərində.
Elnur Vahidoğlu
- Baxış: 213