• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 06.03.2024 19:50

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

KepezTV Player

"Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləyib, ana haqqını uca tutub. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çox-əsrlik zəmin üzərində formalaşıb". Bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda yer alıb. Məktubda bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar. 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirib.