Samux rayonunun Qarayeri qəsəbəsində Od çərşənbəsi qeyd olunub. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak edib. İştirakçılar meydanı gəzərək yerli uşaq musiqi məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin və məktəbdənkənar təhsil ocaqlarının hazırladıqları əl işləri ilə tanış olublar. Meydanda bayram tonqalı alovlandırılıb. Çıxış edənlər təbriklərini səsləndirib, xoş arzularını çatdırıblar. Xalqımızın əsrlər boyu böyük təntənə ilə qeyd etdiyi Novruz bayramının, onun çərşənbə axşamlarının xalqımıza sevinc, xoş əhval-ruhiyyə bəxş etdiyi bildirilib. Tədbirdə Od çərşənbəsinə aid bayatılar, şeir və musiqilər səslənidirilib. Mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları musiqili proqram tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Pərvin Abbaszadə
- Baxış: 123