• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1178
— 02.03.2024 11:41

Nazir Bakının sülh prosesi ilə bağlı mövqeyini bildirib

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.
Nazir Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğulayıb.

"Ermənistan qızışdırıcı bəyanatlar verməkdən çəkinməlidir"

 Ceyhun Bayramov Antalyada ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə də görüşüb. Xarici işlər naziri bildirib ki, Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir. Görüş zamanı Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Regional və beynəlxalq hadisələrdən danışılıb.