Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə "Musiqi kimliyimiz" layihəsi çərçivəsində saz gecəsi keçirilib. Azərbaycan aşıq sənətinin ən böyük nümayəndəsi Aşıq Ələsgərin xatirəsinə həsr olunan konsertdə Gəncənin musiqi məktəbinin saz ixtisasında təhsil alan şagirdlər çıxış ediblər. Məqsəd şagirdlər arasında saz sənətini daha da ixtisaslaşdırmaq, aşıq sənətini uşaqlara daha yaxından tanıtmaq və aşılamaqdır. Konsertdə uşaqlar aşıq mahnıları ifa edib, dastanlardan parçalar söyləyiblər.
İlqar Nəcəfov- müəllim: “Uşaqlarımız daha klassik aşıq havalarına, klassik ustad yollarına daha üstünlük versinlər. Toyxana mahnılarından uzaqlaşdırmağa çalışırıq, dastanlarımızı aşılayaq. Dədə Qorquddan, ustadlarımızdan qalan sırf klassik aşıq havalarını təqdim edək”.
Tunar Hüseynli- iştirakçı: “Mən üç ildir ki, saz ifa edirəm. Bugünkü konertimizdə “Baş sarıtel” çalacağam. Bütün ifaçılara da uğurlar arzu edirəm”.
- Baxış: 126