“Bu il əlavə olaraq, 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi keçiriləcək”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib. Nazir qeyd edib ki, prosesə riyaziyyat, rus bölməsi üzrə Azərbaycan dili və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək. Bugünədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib. 2026-ci ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqqılarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsatin ayrılması nəzərdə tutulub.
- Baxış: 80