KepezTV Player
Laçında əlverişsiz havada azan Azərbaycan əsgəri Ermənistanda həbs edilib. Məlumatı Ermənistan İstintaq Komitəsinə istinadən Ermənistan mətbuatı yayıb. Hərbçi Ruslan Pənahov haqqında Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb. Hazırda işin detalları aydınlaşdırılır... Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava səbəbindən istiqaməti itirərək azıb.
- Baxış: 112