• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 929
— 29.02.2024 08:20

Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

KepezTV Player

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya dünən səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin dünənki hadisə ilə heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.