• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 28.02.2024 16:11

Azərbaycanın QHT sədrinin minalarla bağlı videomüraciəti BMT-nin 55-ci sessiyasında nümayiş etdirilib

İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası işə başlayıb. Müzakirələr zamanı BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi məşvərətçi statusuna malik “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərlinin videomüraciəti nümayiş etdirilib. QHT sədri çıxışında Ermənistanın Azərbaycan qarşı mina terroru siyasətinin davam etdiyini, mina problemi nəticəsində əlil olmuş şəxslərlə bağlı işlərin aparıldığını bildirib və bu məsələdə beynəlxalq dəstəyin vacibliyinə toxunub.