Ölkəmizdə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. İki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb. Qonaqlar kursantların tədris prosesinin gedişatı ilə də maraqlanıblar.
- Baxış: 84