KepezTV Player
Fövqəladə Hallar Nazirliyi helikopterləri vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıb. Peyvəndləmə FHN, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə aparılıb. Peyvəndləmə ümumilikdə 14 rayon ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib. Mürəkkəb relyefli dağ-meşə massivlərində quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində meşə zolaqlarına ümumilikdə 1000 kilometrə yaxın məsafədə 13 min ədəd aldadıcı yem səpilib.
- Baxış: 94