• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 26.02.2024 18:46

Rəcəb Tayyib Ərdoğanın 70 illik yubileyinə özünəxas hədiyyə

KepezTV Player

Bu gün qardaş, dost, müttəfiq olan Türkiyənin lideri, prezident Rəcəb Tayyib Ərdoğanın doğum günüdür, özü də 70 illik yubley yaşıdır. Türk və İslam aləmində böyük sevgi ilə qarşılanan bu şəxsiyyətə məhəbbət Gəncədə yaşayıb-yaradan Afdandil Məlikovun da əl işində öz əksini tapıb. Ərdoğana sevgisini nümayiş etdirən Aftandil kişi, onun belə desək, heykəlini də ucaldıb, amma özünəməxsus şəkildə - kibrit dənələrindən. Bəli, bəli, düz eşitdiniz, kibrit çöplərindən. 

Afdandil Məlikov- sənətkar: “Bu, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Ərdoğan cənablarına sevgidən irəli gəlir. Bu insanın əməllərinə baxıb, bu işi görmüşəm. Bu, ona qarşı sevgidən irəli gələn əsərdir”.

Aftandil Məlikov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 illik yubleyinə ithaf etdiyi maketin üzərində düz 5 ilə yaxın çalışıb. 500 min ədəd kibrit dənəsi, 1100 sıxılmış karton, 170 kq yapışqanlı maddə sonda 3 m 20 sm hündürlüyü olan maketin yaranmasında istifadə edilib. Ayaqüstə dayanmış vəziyyətdə yaradılan əl işi postamentdən də ibarətdir. 6 bucaqlı olan hissə türk dövlətlərinin birliyini xatakterizə edir. Müxtəlif atributlar, xəritələr, deyilən kəlamlar kibrit dənəsi ilə işlənilib. Aftandil Məlikovun ən böyük arzusu bu sənət işini türkün böyük oğluna hədiyyə etməkdir. 

Afdandil Məlikov- sənətkar: “Fakt 2020-ci il vətən müharibəsində bütün xalqımız, millətimiz gördü ki, Türkiyə prezidenti, Türkiyə dövləti bizim düşmənlərimizə qarşı arxamızda, yanımızda durdu. Bu kişiyə bu da azdır ki, hədiyyə olaraq bunu hazırlamışam. Bu gün onun 70 illiyidir və bunu da hədiyyə üçün hazırlamışam. Onu dövlətimizin adından Türk dövlətinə hədiyyə kimi hazırlamışam. Allah qismət etsin ki, hədiyyə edim”.

Təxminən 23 ilə yaxındır ki, kibrit dənələrindən maketlər yığan Afdandil Məlikov bu illər ərzində xalqımızın böyük şairlərinin, qəhrəmanlarının, eləcə də böyük siyasətçilərin maketlərini yaradıb. Ərsəyə gətirdiyi həmin əsərlər isə hazırda muzeylərdə qorunur.

Afdandil Məlikov- sənətkar: “2011-ci ildə Nizami Gəncəvinin 870 illiyinə hazırladığım əsər Bakıda Nizami adına muzeydədir. Cavadxan at belindədir, o da yenə də Nizami adına muzeydədir. Ulu öndər, hörmətli cənab prezidentin bayrağın üstündə 2 m eni, 2 m 50 sm hündürlüyündə olan portreti də  İstiqlaliyyət muzeyindədir. Bunları da hədiyyə etmişəm. Bundan başqa əl işlərim çoxdur”.

İndiyə kimi 50-dən artıq sənət əsəri yardan Afdandil Məlikov ixtisasca həkimdir. Ancaq incəsənətə olan sevgisi onu bu sahəyə gətirib. Böyük səbr və zəhmətlə ərsəyə gətirdiyi əsərlərinin hamısı onun üçün əzizdir. Onun Qarabağa aid hazırlayacağı əsər də planda var, hansı ki, o da hədiyyə olaraq muzeyə veriləcək, özü də Qarabağda. 

Elnur Vahidoğlu