Sülh müqaviləsi istiqamətində danışıqlarda bəlli fasilə yaranmışdı. Buna baxmayaraq, mətn üzərində işlər davam etdirilirdi. Münxen Təhlükəsizlik konfransında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilmiş görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar qəbul olunub. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır. Xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb olunması üçün işlərin davam etdirildiyini də bildirib. "Uzun illər ərzində hərbi cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməməsi müəyyən mənada həmin şəxslər arasında Ermənistanda cəzasızlıq mühiti yaradıb. Hər birimiz şahidi olduq ki, bəzi Xocalı cinayətkarları son dövrdə cinayət məsuliyyətinə cəlb edilib. Bu istimətə ardıcıl işlərimizi davam etdirməliyik.", - deyə nazir əlavə edib. Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında münasibətlər baxımından hər hansı bir müsbət addım atılan zaman Fransanın çox böyük canfəşanlıq etdiyini və onun bu canfəşanlığının məhz məsələni gərgiləşdirmək və müsbət istiqamətdə inkişafa yol verməmək olduğunu da diqqətə çatdırıb.
- Baxış: 110