“Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir”. Bu fikirlər Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 70 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Məktubda, səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüş, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığın perspektivləri ətrafında aparılan ətraflı fikir mübadiləsi yüksək qiymətləndirilib. Dövlət başçısı bildirib ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcək”.
- Baxış: 189