• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 24.02.2024 16:48

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı

Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada çıxışı zamanı deyib. Ərdoğan söyləyib ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar: "Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq.", deyə türkiyə prezidenti vurğulayıb.