Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Kamal Göyüşov və Zaur Pənahov saxlanılıblar. Pənahovun ötən ilin dekabr və cari ilin fevral ayı ərzində müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən beş yaşayış evindən və iki avtomobildən müxtəlif növ təmir-tikinti alətləri və materialları, velosiped, akkumulyator və səs gücləndirici oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 3480 manat maddi ziyan vurduğu da üzə çıxıb. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 217