İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Marvud Vaqifzadənin Ədliyyə Nazirliyi tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib. 2021-ci ildə MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməkləözgənin külli miqdarda əmlakını ələ keçirtməkdə ittiham edilən Vaqifzadənin yeri Almaniyada müəyyən olunub və o, həbs edilib.
- Baxış: 148