Bir çox insan vitraj geyim üslubunda geyinmək, tərz yaratmaq istəyir. Amma bu geyim tərzi, ciddi şəkildə digərlərindən fərqlənir. Vintaj tərzi- qədim geyimlərə, yeni həyat verərək yaradılmış maraqlı bir üslubdur. Yalnız 1920-1960-cı illərdə hazırlanan geyimlər vintaj sayıla bilər. Ondan daha əvvəlki geyimlər retro üslub hesab edilir. Vintaj geyimlər original olmalıdır və aid olduğu onilliyin xüsusiyyətlərini özündə əks etdirməlidir.
Əgər Londona səyahət edirsinizsə və özünüzü pis hiss edirsinizsə, Parlametə getməyin. Çünki parlamentdə ölmək qadağandır! Səbəb odur ki, əgər kimsə parlament binasında vəfat edirsə, onun üçün dövlət səviyyəsində dəfn mərasimi keçirilməlidir. Bu isə qəliz məsələdir.
2015-ci ildə Kann Kino Festivalı yastı dabanlı ayaqqabı geyinmiş qadınların Qırmızı xalça üzərindən keçməsini qadağan etmişdi. Bəziləri yaşlı və hətta xəstə olan qadınların, bəzi filmlərin dünya premyerasına buraxılmadıqları deyiblər.
Türkmənistanda qara avtomobillərin alınması qadağan edilib. Gömrük rəsmiləri bu ilin əvvəllərindən ölkəyə qara avtomobillərin idxalını qadağan edilib. Rəsmi səbəb göstərməsələr də, adamlara ağ maşın almağı tövsiyə edirlər. Deyilənlərə görə ağ maşın adamı ağ günə çıxarır.
Boşanmaların sayının yetəri qədər artdığı bu dövrdə, bu məlumatda qəribə nə var ki, dediyinizi eşidən kimiyəm. Bu hadisəni qəribə edən isə, boşanan cütlüyün yaşı və boşanma səbəbidir. Belə ki, nə az nə çox düz 60 illik evlilik həyatından sonra boşanma qərarı alan cütlüyün hekayəsi olduqca maraqlıdır. Amerikada baş vermiş bu hadisə dünyanın ən qəribə boşanma hekayəsi kimi tarixə düşüb. 99 yaşlı kişi 96 yaşlı həyat yoldaşının keçmiş sevgilisi tərəfindən 1940-cı ildə yazılmış məktubu tapıb. Məktubu oxuyub bitirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Və boşanıb. Onlar ən gec boşanan cütlük kimi tarixə düşüb.
Lalə Sadıqova
- Baxış: 212