• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 15.02.2024 12:06

Kəlbəcər-Laçın avtomobil yolunun inşası davam etdirilir

KepezTV Player

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolun və yol üzərində tunellərin inşası davam etdirilir. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 10-da tikinti işləri gedir. Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası aparılan Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.