• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 14.02.2024 19:55

Qara Qarayevin xatirəsinə konfrans keçirilib

KepezTV Player

Heydər Əliyev Mərkəzində “Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konfrans keçirilib. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Gəncə Dövlət Filarmoniyası ilə birgə təşkil etdiyi tədbirdə bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqisinə verdiyi əvəzolunmaz əsərlərindən söz açılıb. Eyni zamanda Konfransda fevralın 15 və 16-da keçirilməsi planlaşdırılan konsertlərdə bəstəkarın repertuarından hansı əsərlərinin səsləndirilməsi müəyyənləşdirilib. Seçilən əsərləri Gəncədə fəaliyyət göstərən musiqi məktəblərinin yetirmələri və müəllimləri ifa edəcəklər.

Vüsalə Cənnətova