• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 13.02.2024 10:08

Maraqlıdır

Əvvəllər pencəklərin və köynəklərin qollarında düymə olmayıb. İndi bizim üçün pencəyə gözəllik qatan bir detal kimi gəlsə də, əslində yaranma səbəbi tamamilə fərqlidir. Düymələr ilk dəfə I Pyotrun xüsusi bir sərəncamı ilə hazırlanıb. Səbəbi isə, vətəndaşların yemək yedikdən sonra, geyimlərin qolundan burunlarını və ağızlarını silmək üçün istifadə etməsi idi. Bu hal rus çarını çox əsəbləşdirirdi və onlar bu vərdişlə mübarizə aparmaqdan yorulmuşdular. Sonda isə I Pyotr belə bir hiyləyə əl ataraq bu vərdişin qarşısını alır.

Ev pişiklərinin sahiblərinin sağlamlığında faydalı təsir göstərə biləcəyini düşünür çox insan. Araşdırmalara görə bu hal özünü doğruldub. ABŞ-nin Minnesota Universitetinin alimləri müəyyən ediblər ki, pişik sahibləri daha az stressə məruz qalırlar və pişiklər bir çox səbəbə görə sahiblərinin sağlamlığına fayda verə bilər. Araşdırmada iştirak edən pişik sahiblərinin müşahidəsi nəticəsində məlum olub ki, pişiklərlə ünsiyyət qurmaq stressi aradan qaldırmağa kömək edir. Onlarda infarkt və digər ürək və damar xəstəlikləri riski daha az olur. Ev heyvanı ilə oynamaq və onu sığallamaq həm də yaxşı əhval-ruhiyyəyə görə cavabdeh olan serotonin hormonunun ifrazını stimullaşdırır. Bundan əlavə, təmiz havada heyvanla gəzmək, sahiblərinin gündəlik fiziki aktivlik səviyyəsini artırır, sağlamlığına və dözümlülüyünə müsbət  təsir göstərir.

Kanada sahillərində qədim yelkənli gəminin bir hissəsi sahilə çıxıb və gəminin 1800-cü illərə aid olduğu bildirilir. Gəmini orda yaşayan yerli sakinlər aşkar edib. Tapıntı Nyufaundlend adasının cənub-qərbində, Keyp-Rey burnunda görünüb və 19-cu əsrdə inşa edildiyi qeyd olunub. Həmçinin, gəminin adaya çıxan hissəsinin ölçüsü 24 metrdir.  Mütəxəssislər hesab edir ki, yelkənli qayığı 2022-ci ilin sentyabrında regiondan keçən və Nyufaundlendin sahil xəttini dəyişdirən “Fiona” qasırğası dənizin dibindən qaldırıb. Və adanın yaxınlığındakı dənizin dibi,  minlərlə batmış gəmi ilə doludur.

Lalə Sadıqova

 

 

ƏTRAFLI...