• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 13.02.2024 20:05

Alıcısı olmayan tikinti bazarında qiymətlər

KepezTV Player

Firuddin Qocayev- alıcı: “Həddindən artıq çox baha verirlər. Ala bilmirik, gücümüz çatmır, çətindir. İstəyərdik ucuz ola, lap yaxşı olar. Bizim də gücümüz çatsın. Bizim də gücümüz çatmayandan sonra qalırıq belə, tikilimiz yarımçıq qalır”.

Tikinti bazarına gələrək, əliboş qayıdan alıcılar bir deyil, iki deyil. Hər cür inşaat materiallarını bazarda tapmaq olsa da, almaq olmur. Qiyməti soruşan alıcılar aldıqları cavabdan sonra fikirlərindən daşınırlar.  Qiymətlər bazarda necə deyərlər “od tutub yanır”.

Şamxal Mahmudov- alıcı: “Qiymətlər qalxıb, sement qalxıb, taxta qalxıb. Hər bir şey qalxıbdır. Almaq olur, ancaq bahadır. Biri var 5 kub alasan, biri də var 1 kub alasan. İşini keyfiyyətli edirsən, ona görə ucuz olsa istədiyin kubu alarsan”.

Sahib Abbasov- alıcı: “Ötən aylara baxanda qiymətlər 20 faiz qalxıbdır. Yayda mən burdan taxtanın kubunu 270-280 almışam. İndi 360-370 manat olubdur”.

Tikinti bazarında taxtanın qiyməti ilə yanaşı dəmir materialları 15 faiz,  sement və qumun qiyməti 10 faiz, dam örtükləri isə 20 faiz qalxıb. Mişar daşı isə əvvəlkindən 10-20 qəpik baha satılır. Bu da şübhəsiz ki, alıcılıq qabiliyyətini zəiflədir.

Mətləb Əliyev- satıcı: “Alıcılıq qabiliyyəti çox zəifdir, qiymətlərdə artım var. Ən çox taxtanın qiyməti qalxıbdır. Təxminən 400 manat yaxın taxtanın qiyməti qalxıbdır. Çox fərq edir, digər tikinti materiallarının da qiyməti qalxıb”.

Tural Qəribov- satıcı: “Yaya baxanda nisbətən bahaçılıqdır. Xaricdən gələn malların qiyməti qalxır, yerli malar hələ ki, yoxdur. Qiymətlər hər gün oynayır, stabil qiymət yoxdur. Alıcılıq qabiliyyətinə çox təsir var. Yayla nisbətdə alver yoxdur”.

Muğan Əliyev- satıcı: “Burda maşınlar var ki, bəlkə bir aydır gəlib. Alıcı da çox zəifdir”.

Tikinti bazarında qiymətlərin bu cür sürətlə qalxması bir neçə amillə bağlıdır. Bunun ən başlıcası xaricdən tikinti materiallarının gətirilməsindəki çətinliklər göstərilir.  

Rafiq Abbasov- iqtisadçı ekspert: “Enmə ehtimalı yerli istehsalın bu işi təşviq edilməsindən asılıdır. Mütləq qaydada istehsalın bu istiqaməti də yaradılmalıdır. Xammalı onsuz da biz bir çox xarici bazardan gətiririk və asılılığımız var. Yerli faydalı qazıntıların da cəlb edilməsi təklifin həcminin artmasına şərait yarada bilər ki, bu da qiymətin nisbətin zaman keçdikcə azalmasına şəarit yarada bilər”.

Alıcılıq qabiliyyətinin nisbətən artması təmir-tikinti işlərinin sürətlənməsinə bağlıdır. Hansı ki, istər-istəməz bazarda durğunluğu nisbətən aradan qaldıracaq.  

Elnur Vahidoğlu