Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda fevralın 7-də reallaşan növbədənkənar Prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olan materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, növbədənkənar Prezident seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib.
Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilən şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içəcək.
- Baxış: 66